• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 29.01.2021 13:22

Yoqa təliminin faydaları

KepezTV Player

Yoqa təlimi bugünkü elmə təsir edən ən güclü mistik cərəyanlardan biridir. Müasir dövrdə alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Bu demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir. Tarixçəsi qədim zamanlara dayanan yoqanın hal-hazırda Azərbaycanda da inkişafda olması sevindirici haldır. İndi ölkəmizdə yoqa ilə məşğul olmaq ücün  istər muvafiq zallarda təlim keçmək mümkündür. Evdar xanımlar, gənclər hətta uşaqların belə yoqaya marağının günügündən artması çox gözəl hal hesab olunur. Bu zaman insan təkcə idman etmiş sayılmır, həm də ruhun təmizlənmə prosesini də həyata keçirir.Yoqa insanın fiziki sağlamlığına kömək etdiyi kimi, həmçinin, insanın mənəvi cəhətdən inkişafına, mənfi enerjini dəf etməsinə, daha gümrah olmasına, problemlərlə rahat mübarizə aparmasına, sağlam fikirlərin təməlinin formalaşmasına kömək edir. Yoqa zamanı əhəmiyyətli məsələlərdən biri düzgün şəkildə nəfəs alıb-vermək, alınan nəfəsi ciyərlərimizdə hiss etməkdir. Hətta alimlər sübut etmişlər ki, bu proses təkcə mənəvi cəhətdən deyil, həm də bədənin düzgün şəkildə inkişafına, fiziki cəhətdən rahatlanmasına kömək edir. Yoqanın faydalarını sadalamaqla bitirmək mümkün deyil. Yoqa tənəffüs və həzm sisteminin sağlamlığına kömək edir, təzyiq xəstələrinin təzyiqini stabil saxlayır, şəkər xəstələrinə kömək edir, qan dövranını nizama salır, bel ağrılarına yaxşı təsir göstərir, depressiya və pis fikirlərdən insanı uzaq tutur.Yoqa ilə məşğul olunan zaman insan sanki dünya ilə əlaqələri kəsir və ancaq öz dünyasında fəaliyyət göstərməyə başlayır. Zehnin dərinliklərində  narahat edən, düşündürən problemlərdən uzaqlaşılır. Insanı sanki başqa paralelə kökləyir.
Çox öncələr yola fəlsəfəsilə məçğul olan insanlar düşüncələrin  maddiləşə bilmə ehtimalına inanırdılar. Onlar düşünürdü ki, Əgər insan müsbət enerji ilə özünü yükləsə və o enerjini kaninata göndərsə  qarşılığını alacaq.  Kim bilir, bəlkə də belədir.  Elə isə yoqa ilə məşqul olaq, sağlam olaq arzularımızı reallaşdıraq