• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 31.01.2021 19:58

Gəncə "Nizami ilinə" hazırlaşır

KepezTV Player

Gəncə Nizami ili çərçivəsində reallaşdırılacaq tədbirlərə hazırlaşır. Nizami irsinin öyrədilməsi üçün beynəlxalq və yerli konfransların keçirilməsi, yeni kitabların nəşri ilə yanaşı "Nizami Gəncəvi institutu", "Nizami Gəncəvi kitabxanası", "Xəmsə parkı", eləcə də digər infrasturuktur layihələri həyata keçiriləcək.

Ölkə başçısının sərəncamı ilə Respublikada elan edilən Nizami ili Nizami Gəncəvinin ədəbiyyata, mədəniyyətə, incəsənətə verdiyi dəyərin qiymətidir. Gəncədə yaşayıb yaradan dünyəvi şairin şəhərində onun adına layiq tədbirlərin keçirilməsi üzərində iş gedir. 40-a yaxın beynəlxalq və yerli konfransın reallaşdırılması planlaşdırılır.

Müşfiq Cəfərov millət vəkili: Azərbaycan dövlət İqtisadiyyat Univertetinin beynəlxalq konfransı var. Bu hər il Bakı şəhərində keçirilir. Nizami ili olduğu üçün bu il orada 50 ölkədən 500-dən artıq elmi işçilər iştirak edir. Gəncədə keçirməyi planlaşdırır. İyun ayında nəzərdə tutulub. Azərbaycanən müxtəlif ölkələrində fəaliyyət göstərən səfirlikləri Nizami irsinin tanıdılması məqsədi ilə hər bir səfirlik Nizami ili çərçivəsində müxtəlif tədbirləri keçirməyi nəzərdə tutur.

Nizami ili çərçivəsində bir sıra layihələr də reallaşdırılacaq. Məqsəd dahi şairin yaradıcılığını gələcək nəsillərə ötürməkdir.

Müşfiq Cəfərov - millət vəkili: Onun o yazıları, kəlamları haqqında biz uşaqlarımıza, gəncliyimizə öyrətməliyik. O institutunda fuknsiyası o olacaqdır. Kitabxana da önəmli bir məsələdir. Müasir bir kitabxanının yaradılmasını istərdik. Nizami məqbərəsinin ətrafı boş ərazidir. Yaşıllaşmaya böyük ehtiyac var. Ona görə də o parkın orada olması məqsədə uyğun olar. Orada 5 müxtəlif ağacdan ibarət 2-3 ha ərazidə olmaqla 15 ha əhatə edən park olsun. Bu ərazi böyükdə ola bilər.

Dünya poeziyasının sönməz ulduzlarından biri olan Nizami Gəncəvi elmin bütün sahələrindən "Xəmsə"sində bəhs edir. Bundan irəli gələrək AMEA-nın Gəncə bölməsində də Nizami Gəncəvi ilə bağlı silsilə tədbirlər keçiriləcək.

Fuad Əliyev - AMEA-nın Gəncə bölməsinin sədri: Bu gün Avropadan başlamış, Amerikada, Afrikada və bir çox ölkələrdə Nizami yaradıcılığı öyrənilir. Biz bunlarla əlaqə yaratmaq və onlarla monoqrafiyyanın nəşr olunmasına çalışırıq. Bundan başqa Nizami Gəncəvinin yubleyi ilə bağlı onun doğma şəhərində beynəlxalq konfrans keçiriləcək. Dünya ədəbiyyatında Nizami Gəncəvi irsi adlı konfrans keçirək. Respublika səviyyəsində Nizami Gəncəvi bəşərilik və müasirlik mövzusunda konfransda keçirmək istəyirik.

“Nizami Gəncəvinin həyat və yaradıcılığı”, “Nizami Gəncəvi və xalq yaradıcılığı”, “Nizami Gəncəvi şəcərəsinin tarixi” və “Nizami Gəncəvi yubleyləri” adlı kitablar da çap olunacaq. Artıq şairin seçilmiş əsərlərindən monoqrafiya işıq üzü görüb.

Fuad Əliyev - AMEA-nın Gəncə bölməsinin sədri: Yubleydə dünyanın bir çox muzeylərində onun minaturları qorunub saxlanılır. Onun əl yazmaları bir çox muzeylərdə sərgilənir. Onların istəyirik ki, üzlərini çıxardaq, sərgi vaxtı onları təqdim edək. Nizami Gəncəvinin məqbərəsi haqqında kitabda hazırlayaq ki, onun məqbərəsi neçə dəfə kimlər tərəfindən bərpa olunubdur. Nizami Gəncəvi böyük xeyriyyəçi olub. Ona görə ona şeyx Nizami deyiblər. Onun xeyriyyə sahəsində gördüyü işləri də istəyirik işıqlandıraq. Hacıkənd qəsəbəsində Xələflər və sələflər muzeyi açılıb. Orada heykəllər durur. Heykəllərin hamısı Nizaminin müəllimləri və tələbələridir. Bununla da bağlı maraqlı manaqrafiya hazırlayırıq.

Həmçinin “Nizami İli” çərçivəsində hər il sentyabrda keçirilən Nizami günləri də bərpa olunacaq. Müxtəlif pavilyonlarda Nizaminin əsərlərində ibarət tamaşalar nümayiş olunacaq.

Elnur Vahidoğlu