• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 31.01.2021 19:37

XİN ABŞ-dakı səfirimizin təhdid olunmasına münasibət bildirib

KepezTV Player

“Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil ki, erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva radikal erməni qüvvələrinin Azərbaycanın ABŞ-dakı səfirliyini və səfir Elin Süleymanovu hədəfə alaraq, nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlamasına münasibət bildirərkən deyib. “Biz əlbəttə, bu kimi əməlləri qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik" - deyə nazirlik rəsmisi qeyd edib. Leyla Abdullayevanın sözlərinə görə, xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri bu insanların bölgəmizdə sülh və əminamanlığın bərqərar olması, xalqların birgə yaşayışında maraqlı olmadığını göstərir, xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir.