• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 31.01.2021 19:03

Müddətli həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatıb

KepezTV Player

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, sərəncamın icrası təmin edilib və yanvar ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar xüsusi karantin rejiminin qaydalarına, Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, müvafiq təlimatlara ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.