• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 31.01.2021 19:21

Naxçıvan Qarnizonu Qoşunlarında müşavirə keçirilib

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Tədbirdə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib və ordu quruculuğundan bəhs edən “Zəfər ili-2020” adlı film nümayiş etdirilib. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Qarnizonu Qoşunlarının müasir silah və texnikalarla təmin edildiyi, yüksək döyüş qabiliyyətinə malik olduğu qeyd olunub. Qarnizonun Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2020” birgə taktiki təlimində birləşmə və hissələrin şəxsi heyəti yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirib, qarşıya qoyulan tapşırıqları uğurla başa çatdırıb. Zəfərlə yekunlaşan Vətən müharibəsində Əlahiddə Üumumqoşun Ordunun hərbi qulluqçuları döyüş fəaliyyətlərinə və xüsusi döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilib. Müharibə dövründə xüsusi təyinatlı bölmələr işğal edilmiş şəhər, qəsəbə və kəndlərimizin, həmçinin vacib yüksəkliklərin azad edilməsində xüsusi şücaət göstəriblər.