• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 31.01.2021 18:58

Müdafiə Nazirliyi Qullar və Mirlər kəndindən videogörüntülər təqdim edib

KepezTV Player

Müdafiə Nazirliyi Ağdam rayonunun Qullar kəndindən videogörüntülər paylaşıb. Sarıcalı inzibati ərazi dairəsində yerləşən kəndin adı mənşəcə qədim türkmənşəli peçeneqlərin Kul tayfasının adını əks etdirir.

Müdafiə Nazirliyi Qubadlı rayonunun Mirlər kəndindən də videogörüntülər təqdim edib. 1993-cü ildə ermənilər tərəfindən işğal edilən kənd 2020-ci ildə Qubadlı uğrunda aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən tapdağından azad olunub. Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun adı ilə belə adlandırılıb.