• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 31.01.2021 20:11

Üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib

KepezTV Player

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib. Moskvada reallaşan görüşdə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Miqer Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk iştirak edib. İclas zamanı 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərin icrasından irəli gələn birgə işin əsas istiqamətlərinə baxılıb. Tərəflər dəmir yolu, avtomobil, qarışıq daşımalar üçün, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi barədə ekspert qruplarının yaradılması haqda razılığa gəliblər. Tərəflər mütəxəssis alt qruplarının formalaşdırılmasını 2 fevrala qədər tamamlamağa və onların ilk görüşlərini fevralın 5-i tarixinədək keçirməyə razılaşıblar. Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib.