• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 30.01.2021 20:38

Birgə Monitorinq Mərkəzini Azərbaycan hərbçiləri mühafizə edəcək

KepezTV Player

"Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək". Bunu isə müdafiə naziri Zakir Həsənov Ağdamın Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı mərasimində deyib. Nazir "əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaq" - deyə vurğulayıb, türkiyəli və rusiyalı hərbi qulluqçuları Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibəti ilə təbrik edib, xidməti döyüş fəaliyyətlərində uğurlar arzulayıb. Mərkəzin açılışı mərasimində Zakir Həsənovla yanaşı, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Monitorinq Mərkəzində Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.