• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 30.01.2021 20:34

Avropa İttifaqı tərəfindən verilən açıqlama təəccüb doğurur

KepezTV Player

Avropa İttifaqının sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə ediblər, törədilmiş terror aktları nəticəsində Azərbaycanlı hərbçilər həlak olub və yaralanıb. "Bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Avropa İttifaqının Azərbaycanla əlaqələrinə xələl gətirə bilər" - deyə nazirliyin açıqlamasında vurğulanır.