• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 30.01.2021 20:24

Azərbaycan ilə Türkiyə arasında Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə edilib

KepezTV Player

Azərbaycan ilə Rusiya arasında Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə edilib

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində ilk rəsmi qəbullar keçirilib.

Müdafiə naziri Zakir Həsənov Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşüb.

Zakir Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının mühüm rol oynadığını deyən nazir bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

Müdafiə naziri Zakir Həsənov Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin ilə də görüşüb. Nazir bildirib ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, xüsusilə də hərbi və hərbi-texniki əməkdaşlığın dinamik inkişafını müəyyənləşdirir. Zakir Həsənov Birgə Monitorinq Mərkəzinin səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcəyinə və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.