KepezTV Player
Müdafiə Nazirliyi Füzuli rayonunun Yal Pirəhmədli kəndindən videogörüntülər paylaşıb. Rayon mərkəzindən 9 km məsafədə olan yaşayış məntəqəsi Qarabağ silsiləsinin ətəyində yerləşir. Məlumata görə, kəndin 300 ilə yaxın yaşı var.Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır. Yaşayış məntəqəsi dağın yalında yerləşdiyi üçün Yal Pirəhmədli adlanır. 1993-cü ilin avqustunda işğal olunan Yal Pirəhmədli 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
- Baxış: 578