• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 30.01.2021 12:33

GS mərkəzi görüşdə qalib gəldi

KepezTV Player

Futbol Türkiyə Super Liqasında ikinci dövrəyə start verilib. XXII tur iki oyunla başlayıb. “Yeni Malatyaspor”la “Fatih Karagümrük” arasında keçirilən açılış matçında qol qeydə alınmayıb. Çempionluğa iddialı “Qalatasaray” mövsümün sürpriz komandalarından olan və ondan bir pillə aşağıda qərarlaşan “Qaziantep”in qonağı olub. 4 qolu VAR sisteminin ofsayd kimi qeydə alması səbəbindən sayılmayan “cim-bom” yenə də qalib gəlməyi bacarıb. Komandaya yeni qaytarılan Henri Onyekuru dönüşündən sonra ilk matçındaca iki qol vuraraq “sarı-qırmızılılar”a 3 xal qazandırıb. Futbolçu ikinci hissədə əvəzetmədən meydana daxil olub və ona bəslənən ümidlərin boşuna olmadığını nümayiş etdirib. "Qaziantep"in gücü 1 dəqiq zərbəyə çatıb. Beləliklə, turun ilk mərkəzi oyununda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlib.