• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 29.01.2021 16:04

Gəncədə Futbol Akademiyası açılacaq

KepezTV Player

Tovuzda olduğu kimi, Gəncədə də Futbol Akademiyası açılacaq. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun sözlərinə görə, UEFA və FİFA-nın dəstəyi ilə Tovuzda istifadəyə verilən futbol akademiyasından sonra bu cür bazanı Gəncədə də açmaq istəyirlər. "Sabah hansısa sponsor gələndə ona yeni baza tikmək lazım olmayacaq. "Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi" - deyə Elxan Məmmədov əlavə edib. İcraçı vitse-prezident bölgə klublarının Premyer Liqada iştirak etmələrini çox istədiklərini diqqətə çatdırıb. O, bu halda çempionatımızda rəqabət və rəngarəngliyin artacağına inandığını, kubok matçlarında qeydə alınan nəticələrin maraqlı mübarizənin ola biləcəyini göstərdiyini bildirib. Xatırladaq ki, Elxan Məmmədov Gəncədə futbol akademiyasının açılması ilə bağlı eksklüziv açıqlamanı 2 il öncə məhz "Kəpəz" televiziyasına vermişdi.