• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 29.01.2021 16:28

"Kəpəz" növbəti sensasiya axtarışında

KepezTV Player

“Kəpəz” Azərbaycan Kubokunun ¼ final mərhələsində qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlıqlarına başlayıb. Komanda Gəncə şəhər stadionunun yardımçı meydançasında məşq edir. Düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür.

Bunun da səbəbi kubokun 1/8 finalında “Sabah”a qarşı oyunda qeydə alınan nəticə ilə “sarı-göylər”in mərhələ adlaması və daha bir elita klubu ilə oynamağa vəsiqə qazanmasıdır. Kubokda bacardıqca irəliləməyi düşünən Gəncə klubu uğura köklənib.

“Keşlə” “Kəpəz” ilə oyuna baş məşqçi dəyişikliyi ilə çıxacaq. Vaxtilə gəncəliləri də çalışdıran Yunis Hüseynovu Bakı klubunda Sənan Qurbanov əvəzləyib.

Media nümayəndələri Yaşar Vahabzadədən başçılıq etdiyi komandanın Premyer Liqaya nə vaxt çıxa biləcəyini də soruşublar.

Kubokun ¼ final mərhələsi iki oyundan ibarət olacaq. “Keşlə” – “Kəpəz” cütündə ilk görüş fevralın 2-də Bakıda, cavab matçı ayın 7-də Gəncədə keçiriləcək.