• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 29.01.2021 16:00

Xınalıqda tarixi mədəniyyət nümunələri tapılıb

KepezTV Player

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı “Kımaliqeberiş” arxeoloji abidəsinin ərazisində qədim yaşayış yeri və qədim qəbiristanlığın mövcud olduğu aşkarlanıb. Abidənin cənub-şərq hissəsində antik dövrə aid edilən 15-dən artıq kurqan da qeydə alınıb. Qazıntılar nəticəsində unikal maddi-mədəniyyət nümunələri tapılıb. Saxsı materialları, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlar əsasən antik dövrdən başlayaraq eramızın 7-ci əsrinədək olan dövrü əhatə edir. Nadir tapıntılardan biri - Qədim Roma hərbi geyim elementi olan tunc falerdadır ki, bu da bölgəyə Roma hərbi yürüşlərinin olmasını təsdiq edən dəyərli material hesab olunur.