• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 29.01.2021 11:38

Badamdarda yenidən sürüşmə olub

KepezTV Player

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənovun sözlərinə görə, Badamdarda baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin nəticəsində yaranıb. Hazırda ərazidə tədqiqat işləri aparılır: "Ərazinin quruluşunda iştirak edən çuxurların yuyulmaya həssas olması, mayili yamacın olması və son aylar əraziyə düşən intensiv atmosfer yağıntıları bu hadisəni qaçılmaz edib. Ərazidə insan təsirləri də var. Belə ki yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən bu proses daha da aktivləşib", - deyə nazirlik nümayəndəsi deyib.