• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2281
— 29.01.2021 11:48

900 şəhid ailəsi özünüməşğulluq proqramına cəlb olunub

KepezTV Player

1700-dən çox şəhid ailəsi üzvü və qazi növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Proqrama cəlb olunanlar istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə təmin olunurlar. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.