• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 29.01.2021 11:51

Müdafiə Nazirliyi bu dəfə Füzuli rayonunun Cuvarlı kəndindən videogörüntülər yayıb

KepezTV Player

 Yaşayış məntəqəsi dağətəyi ərazidə yerləşir. Kənd Azərbaycanlıların cuvarlı tayfasının adını daşıyır. Keçmişdə Azərbaycanda su bölgüsünə nəzarət edən şəxslər cuvar, yəni suçu adlanırdı. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan kənd 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.