• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2201
— 29.01.2021 12:05

Əyani tədris zamanı distant dərslər də keçiləcəkmi?

KepezTV Player

Təhsil Nazirliyi fevralın 1-dən məktəbə gedən şagirdlərə distant dərslərin də keçilib-keçilməyəcəyi məsələsinə aydınlıq gətirib. Nazirliyin şöbə müdiri Vəfa Yaqublunun sözlərinə görə, sinif yarımqruplara bölünməsə, şagirdlər həftədə 5 dəfə dərsə gələcəklər. Şagirdlər bu halda nəzərdə tutulan bütün dərsləri əyani formada keçəcəklər. Əgər sinif iki yarımqrupa bölünürsə, o sinifdə işləyən müəllimin dərs yükü də iki yarımqrup arasında bərabər bölünür. Bu halda müəllimin əlavə dərs keçməsi üçün dərs saatı qalmır. Lakin müəllim bəzi hallarda əyani dərs saatının əvəzinə distant dərs də keçə bilər. "Bu, məktəb və müəllimin seçimindən, imkanlardan asılıdır. Əgər distant dərs keçmək imkanı yoxdursa, teledərslərdən yararlanmaq olar", - deyə nazirlik rəsmisi vurğulayıb. Fevralın 1-dən ölkə üzrə ibtidai sinif səviyyəsi, ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qrupları və icma əsaslı qruplarda əyani tədrisə başlanılacaq.