• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 29.01.2021 12:10

DİM imtahanların vaxtını açıqladı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi fevral və mart aylarında 19 imtahan keçirməyi planlaşdırır. Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının, magistraturaya və rezidenturaya qəbul imtahanının birinci mərhələsinin iki dəfə keçirilməsi nəzərdə tutulur. Magistraturaya sənəd qəbulu fevralın 9-da başlayacaq. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının isə bir mərhələdə keçirilməsi planlaşdırılır. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq. Sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq 2021-ci il buraxılış imtahanı fənlərinin həm lX, həm də XI siniflər üzrə tərtib edilmiş proqramları sadələşdirilib. Məleykə Abbaszadə bu il keçiriləcək imtahanların vaxtı ilə bağlı da məlumat verib.