• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 29.01.2021 09:19

Yoluxma sayı 562 mindən çox artıb

KepezTV Player

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 562 mindən çox artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 562 001 nəfər yeni koronavirusa yoluxub, 16 061 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 100 455 529, ölənlərin isə 2 166 440 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.