KepezTV Player
Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır. Növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.Aviabiletləri aviaşirkətin rəsmi saytı vasitəsilə almaq mümkündür. Dubaya gəlməzdən əvvəl vətəndaşlar "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər və koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar.
- Baxış: 319