• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 28.01.2021 16:49

Xarici toxumlardan alınan yerli tinglər

KepezTV Player

Gəncənin yaşıllaşdırılmasında xarici yox, yerli əkmələrdən istifadə ediləcək. Yazda şəhərə əkiləcək gül-çiçək və ağacların hamısı Yaşıllaşdırma İdarəsinin tingliyində ərsəyə gətirilib. Bu xərcə və vaxta qənaət etməyə imkan verəcək.

Elnur Qocayev sahə rəisi: İçəridə olan güllərdən artıq 10 növə kimi artırmışıq. Onun xaricdən gəlməyinə ehtiyacımız, asılılığımız yoxdur. Özümüz artırırıq. Gələcəkdə yeni-yeni sortları artırmağı nəzərdə tuturuq.

Gəncənin parklarına, yol kənarları və istirahət güşələrinə əkiləcək müxtəlif növ ağac və gül kolları Şəhər Yaşıllaşdırma İdarəsinin Gülçülük sahəsində yetişdirilir. 11 ha ərazidə yaradılan 8 istixanada ərsəyə gələn ştillər, ting və qələmlər xaricdən gətirilərək yerli iqlimə uyğunlaşdırılar və artırılan bitkilərdir.

Nazı Bağırova sahə rəisi: bBizim başqa çiçək növlərimiz də olcaqdır ki, yay fəslində Gəncə şəhərini gül-çiçəklə təmin edə bilək. 10 minə yaxın kanna soğanaqlarımız var, 40 minə yaxın beqoniya ştillərimiz var, astra, salviyya ştillərimizdə var ki, biz bunların öhdəsindən gəlmək üçün işə başlamışıq.

İstixana şəraitində yetişdirilən gül-çiçəklər və ağacların suvarılmasında müasir metodlardan istifadə edilir.

Elmar Əzizov MKTİB-nin Yaşıllaşdırma şöbəsinin rəisi: İstixanalarımız var, gələcəkdə də həmin istixanaları istilik sistemlərinin çəkilməsi nəzərdə tutulur. Xaricdən heç bir gül sifariş vermirik. Yalnız toxum alırıq, onların güllərinin çiliklərindən, budaqlarından artırırıq. Yaşıl və yerli tuyalardı, xan çinardı bunların böyük miqdarda əkin sahələrini hazırlamışıq, ştil halından ərazilərə vurlmasına başlayacağıq. Sonrada şəhərin yaşıllaşdırılmasında da istifadə oluncaqdır.

Gülçülük sahəsinin işçiləri payız əkini dövründə 50 min  Eldar şamı, 30 min Xan çinar, 20 min sərv ağacının tingini, eləcə də digər müxtəlif ağac növlərini yetişdirməyi planlaşdırır. Ümümilikdə Gəncənin park və istirahət güşələri 760 ha yaşıllıq sahəsinə malikdir.

Elnur Vahidoğlu