• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 28.01.2021 12:26

Mehriban Əliyevanın təşəbbüsü mükafata layiq görülüb

KepezTV Player

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb. Bu aksiya ətraf mühitin qorunmasına töhfə verdiyi üçün mükafatlandırılıb. Madriddə keçirilən tədbirdə 2019-cu ildə Azərbaycanda elan olunmuş “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyası yüksək qiymətləndirilib. Təşkilatçılar Azərbaycan tərəfindən planetimizin yaşıllaşdırılmasına və karbon-dioksid qazının həcminin azaldılmasına verilən töhfəni təqdir ediblər.