• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2304
— 28.01.2021 12:21

Kəlbəcər rayonunun Alıbəyli kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alıbəyli kəndindən videogörüntülər paylaşıb.1993-ci ildə erməni işğalına məruz qalan kənd 10 noyabr bəyannaməsinə əsasən,2020-ci il noyabr ayının 25-də Azərbaycana qaytarılıb. 1937-ci ilə kimi Bəylik adlanan yaşayış məntəqəsində çox sayda bəy yaşadığından adı belə olub. 1937-ci il represiyasından sonra Tirkeşəvəndə, 2015-ci ildə Alıbəyliyə dəyişdirilib. Ərazisi qədim yaşayış məskəni kimi tanınan kənddə15 yaylaq, 12 bulaq və 8 binə-qışlaq olub.