Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları Samux rayonunda əməliyyat keçirib. Saxlanılan rayon sakininin üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxs Samux rayonu Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədovdur. İsti izlərlə keçrilən əməliyyat axtarış tədbirləri nəticəsində şöbəyə gətirilən şəxsin üzərərindən bir kibrit qutusunda 6,758 qram qurudulmuş “marixuana” aşkar edilib. Araşdırmalar zamanı onun yaşadığı evində də narkotik vasitə götürülüb.
Yunis Quliyev təhqiqatçı: Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Abbas Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik bağlamada təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan “marixuana” eləcədə həyat yanı sahədən iki ədədə çətənə bitkiləri qablaşdırılaraq götürülüb.
Saxlanılan Abbas Məmmədov illərdir narkotik vasitə istifadəçisi olduğunu, marixuananı da həyatyanı sahədə yetişdirdiyini etiraf edib. Çətənə bitkisinin toxumlarını isə iki il əvvəl Kür çayının sahilindən əldə etdiyini bildirib.
Abbas Məmmədov saxlanılan şəxs: Öz istifadəm üçün evimin həyətində əkmişdim. Ondan sonra yığıb evin zirzəmisində saxladım. Birdən polis əməkdaşları məni tutdu. Üzərimdə istifadə etdiyim bir qutu marixuana deyilən şey var idi. Evədə baxış keçiriləndə özüm səmimi çıxartdım təhvil verdim.
Faktla bağlı cinayət işi başlanılıb. Aparılan istintaqın yekununda Abbas Məmmədovun əməlinə hüquqi qiymət veriləcək.
Natiq Hüseyn
- Baxış: 657