• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 22.01.2021 12:34

Məktəbəqədər uşaqların ev şəraitində məşğuliyyəti

KepezTV Player

Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir.  Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Lakin koronavirus xəstəliyinin alovlanması ilə əlaqədar baş verən son proseslər bir çox uşaqların və valideynlərin gündəlik həyat ritmini  dəyişdi. Uşaqlar öz yeni həyat tərzlərinə uyğunlaşmaqda çətinlik çəkir və bu da öz növbəsində onların nizam, və təhlükəsizlik hisslərinə təsir edə etdi. Evdə qalmaq, yaşıdları ilə təmas saxlaya və oynaya bilməmək uşaqların təşvişə düşməsinə səbəb olur. Uşaqlar internetdə və ya televizorda gördüklərini, yaxud digər şəxslərdən eşitdiklərini anlamaqda çətinlik çəkir. Buna görə də, onlar təşviş, stress və məyusluq hisslərinə qarşı xüsusilə zəif olur. Çölə çıxmaq və oynamaq imkanlarının olmaması onların narahatlığına və ümidsizliyə düşməsinə səbəb olur ki, bu da valideynlərin keçirdiyi stressi daha da gücləndirir.  Belə olan halda Şəraitdən asılı olaraq, evdə və çöldə məşğul ola biləcəyiniz fəaliyyətlərin siyahısını və cədvəlini hazırlayın. Stabillik uşaqlara güvən hissi verməklə yanası,psixoloji gərginliyin aradan qalxmasına kömək olur.
Fiziki fəaliyyətlərlə oturaq fəaliyyətlər və "sakitlik vaxtı" ilə balanslaşdırın. Uşaqlarınıza məşğul olmaq istədikləri fəaliyyətləri seçmək imkanı verin və unutmayın ki, azyaşlı uşaqların diqqətlərini cəmləmə müddətləri qısadır və maraqlarını tez itirə bilərlər. 
Öyrənmə fəaliyyəti ilə məşğul olarkən, məktəbəqədər yaşlı uşaqlar üçün uyğun akademik bacarıqların saxlanması barədə narahat olmaqdansa, onu pozitiv və əyləncəli keçirmək önəmlidir. Birlikdə oxumaq, hekayə danışmaq və oyunlar kimi maraqlı təcrübələr azyaşlı uşaqları stressə salmadan öyrənməsi üçün olmaq çox faydalıdır.  Bununla da  özümüzü pozitiv tutmaqla  həm özümüzə həm də uşaqlara örnək olmuş oluruq. Sağlam şəkildə, geniş düşünərək bu prosesi geridə qoymalıyıq. Özümüzdə aşılamalıyıq ki, bu proses həmişə davam etməyəcək, qısa müddətlidir.