• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2181
— 27.01.2021 18:43

Ölkəyə fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur

KepezTV Player

“Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, hər insana harda, nə vaxt peyvənd vurulduğu ilə bağlı sənəd verilməlidir. Bunun elektron olması daha yaxşıdır, Azərbaycanda bununla bağlı işlər davam edir.Digər sənəd isə səyahət edə bilmək imkanı verir. Bu sənəd hələ ki, ÜST-ün tövsiyə etdiyi bir şey deyil. İndiyə qədər sarı qızdırma ilə bağlı belə məcburiyyət var. Ondan başqa hər hansı xəstəliklə bağlı səyahət üçün sənəd yoxdur. Yenə də bunlara ölkələr özü qərar verməlidir. Harmancı ölkəyə fərqli peyvəndlərin gətirilməsinin də müzakirə mövzusu olduğunu vurğulayıb. Müəyyən miqdarda Pfizer/BioNTech peyvəndi də gətiriləcək. Hazırda isə Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur.