• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 27.01.2021 20:19

Erməni terroru nəticəsində dağılan evlər sökülür

KepezTV Player

Ötən ilin oktyabrda ermənilərin Gəncəyə atdığı raketlər nəticəsində zərər çəkən infrastrukturun, sahibkarlıq obyektlərinin və yaşayış evlərinin bərpasına başlanılıb. İşlərə dağılan ərazilərin tikinti qalıqlarından təmizlənməsindən başlanılıb. Ziyan çəkən təhsil ocaqları barədə də açıqlama verilib.

Bura Gəncə şəhərinin Muxtar Hacıyüv küçəsidir. Ötən ilin oktyabırın 17-də ermənistan silahlı üvvələrinin Gəncəyə atdığı raketlərdən biri bu əraziyə düşmüşdü. Raketin zərbəsindən ərazidə olan 12 ev tamami ilə dağılmışdı. Hazırda bu evlərin söküntüsü aparılır. ((K/A)) Əraziyə xeyli sayda canlı qüvvə eləcə də texnikalar cəlb edilib. Dağılan evlərin söküntüləri ağır tonnajlı avtomobillərə yığılaraq təyin olunan əraziyə daşınır. Artıq görülən işlər çərivəsində 600 kvm ərazi dağıntılardan tamami ilə təmizlənib. İlkin mərhələdə şəhərə ballistik raketlərin atılması nəticəsində dağılan evlər yenidən tikiləcək, bəzi evlər və mənzillər təmir-bərpa olunacaq.

Xəyal Şahnizarov - sakin: Burda mənim qardaşım, yoldaşı, uşağı 17-i raket atılanda həlak oldular. Sökürlər, yenidən evlər tikəcəklər. Allah Prezidentə can sağlığı versin, sağ olsun ki, bu qayğını göstərir. Bizi nəzərə aldı, iş gedir, sağ olsunlar.

Ermənilərin Gəncəyə atdığı balstik raket nəticəsindən şəhərin yaşayış binaları ilə yanaşı orta ümumtəhsil məktəblərinə də ciddi ziyan dəyib. Gəncənin 29 nömrəli tam orta məktəbi raketin zərbəsindən tamami ilə dağılıb.

Günel Qəmbərova - Gəncə şəhər 29 nömrəli tam orta məkətibin direktor müavini: Məktəbimizin 5 şagirdi 1 işçi heyyətin ailə üzvü həmin balstik raket nəticəsində şəhid olub. Onlar mkətəbə yaxın ərazidə yerləşdikləri üçün elə raketdə onların evlərinə düşmüşdü. )) Ermənilərin Vətən müharibəsi zamanı Gəncəyə atdığı raketlər ümumilikdə 9 məktəbə ziyan vurub.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Həm 29 saylı məktəbin rəhbərliyinə, həm 18 saylı məktəbin rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində müzakirələr olunur. Heç bir problemsiz 1 fevralda hər iki məktəbin şagirdləri 18 saylı məktəbdə normal qaydada davam etdirəcəklər. 4 nömrəli məktəbdə 1 korpus tamami ilə yararsız hala düşdüyündən digər korpuslar qismən təmir olunmaqla istifadə üçün yararlıdır. Digər yerdə qalan 7 məktəb isə bunlarda daha çox şüşələr qırılıb, pəncərələr sınıb. Onların da bərpa işləri gedir. Demək olar ki, 3 məktəb tam hazırdır digər məktəblərdə sona çatır. Fevralın 1-nə tədris üçün yararlı vəziyyətdə olacaqdır.

Gəncədə erməni terroru nəticəsində 2 mindən çox evə, qeyri yaşayış binalarına ziyan dəyib. Söküntü işləri başa çatdıqdan sonra həmin yerlərdə evlərin tikintisinə başlanılacaq. Təmirə ehtiyac olan evlər isə təmir ediləcək.

Elnur Vahidoğlu