KepezTV Player
Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Mərhumun cənazəsini gətirən İstanbul - Bakı reysi ilə hərəkət edən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, mərhumun nəşi əvvəlcə Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq, nəşin üzərində məhkəmə tibbi ekspertiza işi aparılacaq, daha sonra isə dəfn olunması ailəsinə veriləcək. Xatırladaq ki, yanvarın 23-də dəniz quldurlarının Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücumu zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, həmyerlimiz isə öldürülüb.
- Baxış: 607