• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 25.01.2021 18:59

Əmrah Rəcəbov - "Kəpəz"in şəhid azarkeşi yad edildi

KepezTV Player

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Kəpəz Sabahı məğlub edib. Oyun öncəsi yaşanan bir nüans isə hər kəsi duyğulandırıb. İzləyək.

Görüş başlamazdan öncə "Kəpəz"in kapitanı Əli Səmədov komandanın sadiq azarkeşi, Vətən müharibəsində şəhid olan Əmrah Rəcəbovun hazırladığı formanı nümayiş etdirib. 11 dekabr 2000-ci ildə doğulan Əmrah Gəncədə uşaq evində böyüyüb və 34 nömrəli tam orta məktəbin məzunu olub. 2020-ci il oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşını ərazidən uzaqlaşdırmaq istəyərkən, olduğu yerə mərmi düşüb və o, aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə ucalıb. Bakıda keçirilən oyunda Sabah" I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb. Görüş Kəpəzin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu birinci hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Sabahın müdafiəçisi Filip İvanoviç vurub. İlk hissə bu hesabla başa çatıb. 68-ci dəqiqədə Gəncə təmsilçisi Samir Qurbanovun qolu ilə tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə Əli Səmədov 2-ci topu rəqibin qapısından keçirib. "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə vurğulayıb ki, ikinci hissədə sanki meydanda başqa komanda var idi.

Bu qələbə ilə adını 1/4 finala yazdıran "Kəpəz" növbəti mərhələdə "Keşlə" ilə üz-üzə gələcək. 61 yaşlı mütəxəssis bildirib ki, növbəti matçda da sensasiya etməyə çalışacaqlar.

Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək. İlk oyun "ASK Arena"da, cavab görüşü isə Gəncə şəhər stadionunda olacaq.