Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub. Baş nazir Əli Əsədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək. Əli əsədov növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri səsləndirib. Belə ki, Qarabağ bölgəsinin turizm marşrutları işlənib hazırlanacaq.Həmin ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdiriləcək. Ölkə səviyyəsində su ehtiyatları ilə bağlı problemləri həll ediləcək. Həmçinin vurğulanıb ki, İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir.
- Baxış: 352