
Şəmkir polisi qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat keçirib. 5 müxtəlif şəxsdən odlu silah götürülüb.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının saxladığı şəxslərdən biri rayon sakini Fikrət Bağırovdur. Onun taksi kimi istifadə etdiyi “VAZ 2107” markalı avtomobildə 1 ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibirli, istifadəyə yararlı tapança aşkar edilib. Saxlanılan şəxs ona məxsus olan tapancanın babasından yadigar qaldığını bildirib.
Fikrət Bağırov saxlanılan şəxs Talvarda qalmışdı onuda heç kim bilmirdi. Talvara çıxmışdım götürüb baxdım. Heç kimə də demədən evdə saxladım. Uşaqlarla çağırdı gedək. Gedəndə onuda üstümdə götürdüm. Maşında onlara göstərdim. Polis əməkdaşları gəlib yolda tutdu.
Şəmkir polisi əməliyyatla atəşə yararlı daha 4 silahı müsadirə edib. Silahların hər-hansı cinayətdə istifadə olunub-olunmadığı ekspertiza yolu ilə müəyyən ediləcək.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibirli və istifadəyə yararlı “İJ” markalı tüfəng, Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibirli tüfəng, Zəyəm qəsəbə sakini Asif Nəbiyevindən isə 32 kalibirli, qoşa lüləli tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa Keçili kənd sakini Cahangir Məmmədovdan istifadəyə yararlı 16 kalibirli ov tüfəngi də götürülüb. Faktlarla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Natiq Hüseyn
- Baxış: 602