• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 22.01.2021 16:05

Şuşada yeni yarımstansiya tikilir

KepezTV Player

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Şuşada yeni yarımstansiya tikir. Şəhərin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Yarımstansiyanın idarəetmə binası Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləcək. Yaxın vaxtlarda Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.