• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 22.01.2021 16:22

Göygöldə vaksinasiya davam edir

KepezTV Player

Göygöldə də əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlanılıb. İlk gündə rayonda çalışan 80-dən çox tibb işçisi vaksin edilib.

Göygöldə vaksinasiyanın təlimata uyğun aparılamsı üçün Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində 5 peyvənd otağı yaradılıb. İlkin olaraq risk qrupuna daxil olan tibb işçiləri, eləcə də yaşı 65-dən yuxarı olan rayon sakinləri könüllülük əsasında vaksin edilir.  

Nəzmi Musayev həkim İkinci sutkadır vaksinasiya olunmuşam. Heç bir ağırlaşma fəsad hiss etmirəm.

Eldar Muradov baş həkim Bizim məqsədimiz, təbliğatımız ondan ibarətdir ki, əhalini maarifləndirək. Pandemiyanın bu cür kəskin dövründə bütün dünyanı sarsıdan vaxtda peyvəndə qarşı getmək düzgün deyil. Yəni onun haqqında öz sözünü yalnız mütəxəssislər deyə bilər.

Vəsilə Əliyeva tibb işçisi Heç bir narahatçılığımız yoxdur. Əvvəl baş həkimlərimizə vurdurdu, sonra biz. Lap yaxşıyam, camaatımız təşfişə düşməsin.

İlkin mərhələdə rayona 275 doza vaksin gətirilib. İlk iki gündə rayon üzrə 160 nəfərə peyvəndin birinci dozası vurulub və proses davam edir. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.

Vasif Əliyev Göygöl RMX Publik Hüquqi Şəxsin direktoru 80-ə yaxın tibb işçisi peyvənd olunub. İnidiyə qədər apardığımız vaksinasiya prosesində heç kəsdə hər hansı bir ağırlaşma olmayıb. Səhhətlərində problem aşkarlanmayıb. İlk öncə şəxsən mən özüm rəhbər işçi olaraq peyvəndlənməyə cəlb olunduq. Yəni heç bir narahatçılıq hiss etmədik. Hər şey qaydasındadır. Proses hələ də davam edir.

Göygöl rayonunda ümumilikdə 548 tibb işçisi çalışır. Vaksinasiya Strategiyasna uyğun olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları da əks-epidemik tədbirlərə cəlb olunacaq.

 

Natiq Hüseyn