• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 21.01.2021 16:39

Münasibətlərin inkişafında yeni səhifə

KepezTV Player

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Prezident İlham Əliyevlə Türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. "Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir. Azərbaycanda bu yataq əvvəllər "Kəpəz", Türkmənistanda isə "Sərdar" adlandırılırdı. Yatağın birgə işlənməsi ilə bağlı danışıqlar əvvəllər də aparılıb. İndi isə memorandum formasında öz əksini tapıb. Bu, neft-qaz yatağının təxmin olunan ehtiyatı müasir seysmik kəşfiyyat üsulları ilə dəqiqləşdiriləcək. Memorandum yatağın birgə işlənməsi yolunda atılan ilk addımdır. Azərbaycan bu yatağın kəşf olunması ilə layihəyə artıq böyük töhfə verib. Xəzər dənizindəki infrastruktur, regionu Avropanın və digər bölgələrin bazarları ilə birləşdirəcək neft və qaz kəmərləri hasil olunan məhsulun beynəlxalq bazarlara çıxarılması üçün tələb olunan xərclərə qənaət etməyə imkan verəcək.