• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 21.01.2021 16:30

Covid-19-a qarşı peyvəndləmə başladı

KepezTV Player

Gəncədə koronavirus xəstəliyənə qarşı vaksinasiyaya başlanılıb. İlkin olaraq şəhərə 1659 doza peyvənd gətirilib. Əvvəlcə xüsusi risk qrupuna daxil olanlar ineksiya edilir.

Peyvəndləmə üçün Gəncə şəhər 6 saylı poliknikaya ilkin mərhələdə 300 doza peyvənd gətirilib. Peyvənd olunan şəxslər qeydiyyata alınır və məlumatlar səhiyyə bazasına yerləşdirilir. Peyvənd isə şəxs həkimlər tərəfindən yoxlanıldıqdan sonra vurulur. Və ineksiyadan sonra bir müddət həkim nəzarətində saxlanılır.

Zöhrab Həsənli 2 nömrəli Uşaq xəstəxanasının həkimi: Özümdə yüksək əhval ruhiyyə hiss edirəm. Narahatçılıq yoxdur, hamıya da məsləhət görürüəm vurdursun.

Gülnarə Əkbərova 6 saylı polknikanın tibb bacısı: Biz bu gün vaksinlərə başlamışıq. İlkin olaraq mən vurdurdum. Çox yaxşı effekt verib. Heç bir narahatçılıq yoxdu.

Peyvəndləmə başlayandan Gəncədə 80 nəfər xüsusi risk qrupuna daxil olan şəxslərə vaksin vurulub. Daha sonra 65 yaşdan yuxarı şəxslər də vaksinasiyaya cəlb olunacaq.

Aminə Cabbarova 6 saylı poliklinikanın həkimi: Hər bir vaksin olunan şəxslər 2 dozda vaksinasiya olacaqlar. Birinci doz bu gün olunur. İkinci doz 21 gündən sonra olacaq. Onlara pasport paylanılır. Arxa tərəfində qeyd olunur və nə şikayətləri olursa halsızlıq, baş ağrısı olarsa həkimə müraciət edə bilərlər. Burda əgər ilkin şikayəti olan xəstə olarsa bizim vaksinisasiya əleyhinə şok otaqlarımız var orada yardım göstərilir.

Hazırda Gəncədə vaksinlərin vurulması üçün üçü özəl xəstəxana olmaqla 6 və 2 saylı poliknikada peyvəndləmə mərkəzləri faəliyyət göstərir.

Elnur Vahidoğlu