• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 21.01.2021 16:24

Zaman və biz

KepezTV Player

Zaman anlayışı hər birimizin həyatında mühüm rol oynayır. Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Biz daima zamanla mübarizə aparırıq. Vaxt öldürmək ən bahalı əyləncədir deyib Balzak. Bu gün insanlar arasında rast gəlinən şikayətlərin ən başında vaxt azlığı, zaman çatışmazlığı dayanır. Tez tez vaxt ucur zaman qaçır kimi ifadələr eşidirik. Əslində isə, nə zaman uçur, nə də zaman qaçır. Məsələ məqsədsiz, plansız yamaqdır.Gündəlik həyatımıza diqqətlə nəzər salsaq vaxt oğrularına rast gələrik. Telefon, sosial şəbəkələrdə hədsiz vaxt keçirmək, oyunlar oynamaq və çox yatmaq və sair bu kimi faydasız məşğuliyyətlər müasir dövrümüzün vaxt oğrularıdır. Rövşən Abdullaoğlunun zamanı necə yeyək adlı kitabında 86400 saniyə hər bir insana gündəlik verilmiş sehirli iksir, əvəzsiz  xəzinə və həyat sərmayəsidir deyə qeyd edib. Bu sərmayəni necə xərcləmək isə bizim əlimizdədir.. əgər həyatda uğurlu bir şəxs olaraq istəyiriksə, vaxt oğrularını həyatımızdan uzaqlaşdırıb, işlərimizi planlı şəkildə qurmalıyıq. Bir günə nələr sığdırmaq, olar hec düşündünüzmü? Vaxtında yatmaq, vaxtında oyanmaq, gün boyu heç deyilsə beş misara mətn oxumaq, gündəmlə maraqlanmaq, əzizlərimizi yad etmək.. Bunlar bir günə sığan işlərdi. Həyatınızdakı zaman oğruları ilə necə mübarizə aparırsınız? Zamanınızı düzgün idarə etmək üçün planınız varmı?