• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 19.01.2021 16:03

Mingəçevir gəncləri

KepezTV Player

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.  dünyanın istənilən ölkəsində gənclər cəmiyyətin aparıcı qüvvələrindən biri, yaşlı nəslin davamçısı hesab olunur. Nəsillər dəyişir, ölkələr inkişaf edir və milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması xalqın gələcəyinin təminatcısına çevrilir. Azərbaycan gənclərə göstərilən diqqət və qayğıya görə nəinki qonşu ölkələrdən, o cümlədən Avropa ölkələrindən fərqlənir. Bu   Regionlarda  açılan Gənclər Evlərinin yaradılıb istifadəyə verilməsini onların inkişafında və ictimai həyatın müxtəlif sahələrində aktivliyinin təmin edilməsində uğurlu bir addım hesab olunuq.Bu gün Mingəçevir gəncləri həyatın bütün sferalarında olduqca aktivdir. Mingəçevir Gənclər Evi ilk istifadəyə verilən müəssisələrdən biri olduğu üçün yeni yarandığı zaman bir çoxları, xüsusilə də gənclər müəssisənin fəaliyyəti ilə tanış deyildi, burada hansı xidmətlərin olduğunu və bu xidmətlərin onlara nə kimi faydalı olacağını bilmirdilər. Aparılan məlumatlandırma işləri, layihə və proqramların keçirilməsi  bu sahəyə marağı xeyli artırdı. Bu gün gənclərimiz nəinki müəssisələrdə, hətta müəssisədən kənarda, o cümlədən xarici ölkələrdə keçirilən tədbirlərdə aktiv şəkildə iştirak edir. Ölkəmizi layiqli şəkildə təmsil edir  bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanır, yeni təklif və ideyalar üzərində işləyirlər. 2013cu ildən gənclər təşkilatları sıralarına daxil olan “İşıqlı gələcək”ictimai birliyi şəhərin ictimai həyatında xeyli canlanma yaratdı. Bu birliyin qarşısına qoyduğu məqsəd  Mingəçevir və ölkə gəncliyinin hərtərəfli inkişafını təmin etmək , onları cəmiyyətin sosial-aktiv üzvünə çevirərək vətənpərvər və vətənə sevgi ruhunda tərbiyə etməkdi.