• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 17.01.2021 19:33

Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər

KepezTV Player

Dələduzlar bankların logo və adlarından istifadə etməklə oxşar səhifələr yaradır və kart məlumatlarını ələ keçirirlər. Bununla bağlı Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi xəbərdarlıq yayıb.

Kart məlumatlarınızın oğurlanmasının qarşısını almaq üçün bəzi məqamlara diqqət edilməlidir. Belə ki, -Heç bir halda kartın arxa tərəfində qeyd olunan kodu kənar şəxslərə bildirməyin. Bunu sizdən bank işçisi də tələb etməz; - Kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur. - Kimsə sizə pul göndərirsə heç bir halda ona kod lazım deyil; - Telefona gələn 4 rəqəmli OTP kodu kənar şəxslərə bildirməyin. OTP kod göndərilən sms-də xərcin təyinatı ve xərclənəcək məbləğ barədə məlumat olur. -Kart məlumatlarını ələ keçirmək üçün saxta saytlar yaradılır. Onlayn ödənişlər həyata keçirdikdə daxil olduğunuz sayta diqqətlə baxın.