• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 15.01.2021 14:22

Sony Süni intellektli televizorlar hazırlayıb

Texnologiya bazarının nəhənglərindən olan Sony şirkəti daha bir yeniliyə imza atıb. Bildirir ki, şirkət insan beynini təqlid edərək görüntü və səsləri daha həqiqi şəkildə yayımlayan süni intellekt texnologiyasına sahib yeni televizor seriyasını nümayiş etdirib. Sözügedən cihazlarda süni intellekt sahəsindəki ən son texnologiyalardan olan Cognitive Processor XR yer alır. Şirkət rəsmilərindən Mike Fasulo Cognitive Processor XR-ın insan beyninin görüntünü emal etmə üsulunu təqlid edə bildiyini söyləyib.
Digər şirkət rəsmisi Masaomi Ando sözügedən texnologiyanın yer aldığı televizorlar barədə  Yeni Bravia XR televizorları ənənəvi süni intellektin sərhədlərini aşan dünyanın ilk "ağıllı" prosessorun sayəsində görüntü və səsi həqiqiyə ən yaxın şəkildə ötürə bilir", - deyə vurğulayıb.