• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1768
— 14.01.2021 20:43

KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib

KepezTV Player

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.Fondun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək  xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Fondun icraçı direktoru Vüqar Səfərli, onun əlbir oldğuğu MMC-lərdən birinin rəhbəri Nadir Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.