KepezTV Player
Qida zəncirində mühüm həlqələrdən biri də quş əti və yumurta ilə təminatdır. Azərbaycan özünü yumurta ilə tam təmin edir, quş ətində isə 25 faiz idxaldan asılılıq qalır. Quş ətinə olan daxili tələbatı təmin etməyə imkan verən potensial mövcuddur və bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, inkişafı təmin etmək üçün işlər görülür.
- Baxış: 138