KepezTV Player
Müdafiə Nazirliyi Füzuli rayonunun Qərvənd kəndindən videogörüntüləri yayımlayıb. Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirən kənd Qarabağ silsiləsinin ətəyindədir.Tədqiqatçıların bir qismi oykonimi kəbirli tayfasının bir qolu alan qərvəndlərlə əlaqələndirirlər. Yerli əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.Qərvənd 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində işğaldan azad edilib.
- Baxış: 431