• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 13.01.2021 16:13

Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb

KepezTV Player

Vətəndaşların etimadından sui-istifadə edərək onları aldadan və maddi vəsaitini ələ keçirən rayon sakini məsuliyyətə cəlb olunub.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Qurbanov ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək 2400 manat pulunu alıb.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Bundan başqa, Mahal Qurbanov 2020-ci ilin may ayında vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlamış, şəhidin valideynlərindən sosial sığorta üçün ayrılmış pul vəsaitinin nağdlaşdırılması üçün 10 min manat pul tələb edildiyini bildirib. Beləliklə aldatma, etibardan sui istifadə etməklə özgənin əmlakını ələ keçirib”.

Saxlanılan Mahal Qurbanov əməlinə görə heç də özünü təqsirli bilməyib. O həmkəndlisinə dələduzluq etdiyini inkar etməyə çalışsa da, polisin sübutları qarşısında aciz qalıb.

Mahal Qurbanov saxlanılan şəxs: “Hesabı da ona görə açdırdım ki, öz adlarına olsun. Qardaşım pul vəsaiti göndərəndə özləri gedib ala bilsin. Borc vəsasiti almışam. Öna görə də özümü günahkar hesab etmirəm”.

Bu şəxsin əməlindən zərərçəkən başqa vətəndaşlar da varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də yaxınlıqda yerləşən polis orqanlarına məlumat vermələri xahiş olunur.

Natiq Hüseyn