• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 11.01.2021 16:02

Evdən oğurluq edənlər saxlanıldılar

KepezTV Player

Abşeronda oğurluq faktının üstü açılıb. Mehdiabad qəsəbə sakini Rəhimə Ağasiyeva Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə  ərizə ilə müraciət edərək, ona məxsus mənzildən 2950 manat dəyərində qızıl-zinət əşyalarının, 500 manat nəğd pul və mobil telefonun oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş qəsəbə sakinləri – 18 yaşlı Nihad Qarayev və 20 yaşlı Murad Qocayev saxlanılıb. Onların digər cinayət əməllərinin olub-olmaması istintaqın sonunda məlum olacaq.