• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 10.01.2021 20:29

Gəncəli karateçi olimpiada arzusundadır

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən ötən ili idman dünyası boşa verdi. Xəstəliyə görə yarışlar təxirə salındı, məşqlər keçirilmədi. İdmançılar bu mənada 2021-ci ilin fərqli olacağına ümid edirlər.

Azərbaycan karateçiləri Covid 2019-a görə ötən il cəmi 3 yarışda iştirak edərək nəticə qazanmağa çalışıblar. Dünyanı cənginə alan koronavirus pandemiyası mart ayından sonra bütün turnirlərin ləğv olunmasına gətirib çıxarıb.

Turqut Həsənov Azərbaycan yığmasında Gəncə karate məktəbini təmsil edir. Müxtəlif səviyyəli yarışlarda ölkəmiz adına yarışan Həsənovun əsas istəyi olimpiya oyunlarına vəsiqə qazanmaqdır.

Turqut 44 günlük müharibədə qazanılan şanlı qələbənin idmançılarada müsbət təsir etdiyini, yığma komandaların düşərgəsində böyük ruh yüksəkliyi yaratdığını deyib.

Karateçi 4 ildir ki, yığma komandaya dəvət alır. Və son iki ildə əsas heyətin üzvünə çevrilməyi bacarıb.