• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 10.01.2021 20:36

Yeni qoyun cinsləri yaradılır

KepezTV Player

Respublikamızda yeni qoyun cinslərinin yaradılmasına başlanılıb. Heyvandarlıq Elmi Tədqiqat İnistitutunun elmi işçiləri 2 yerli qoyun cinsi ilə  Fransa və Tacikistandan gətirilən 2 qoyun cinsini çarpazlaşdırıb yeni xətt və cinslərin alınması işini həyata keçirir.  Məqsəd daha məhsuldar, xəstəliyə dözümlü qoyun cinsi yaratmaqdır.

Mahir Hacıyev HETİ-nin direktoru:Biz kənt təsərrüfatı sahəsini daha da əzəmətli, daha da yaxşı işləməliyik, inkişaf etdirməliyik. Çünki işğaldan azad edilən ərazilərin böyük hissəsi kənt təsarüfatına yararlı sahələrdəndir. Burada heyvandarlığın artırılması və inkişfa etdirilməsi bilavastə Kənt Təsərrüfatı Nazirliyinin və bizim inistituta düşən öhdəliyin bariz nümunəsidir ki, biz bu günkü gündə də heyvandarlığın intensiv formada inkişaf etdirlməsinə nail olmalıyıq.

Heyvandarlıq Elmi Tədqiqat İnistitutunun elmi işçiləri tərəfindən mövcud qoyun cinslərinin və tiplərinin yaxşılaşdırılması, xalq seleksiyası əsasında yaradılan, eləcə də məhv olmaq təhlükəsində olan cinslərin bərpası, qorunması istiqamətində işlərə başlanılıb. Hazırda burada 4 cinsin çarpazlaşdırılaraq südlük, ətlik istiqamətində yeni cinsin alınması üçün  elmi işlər aparılır.

Mahir Hacıyev HETİ-nin direktoru:Hisar qoyunun vətəni Tacikistandır. Bunların 2 yaşda olan qoçları 190 kq canlı kütləyə çatma ehtimalı daha çoxdu. Əkiz doğma ehtimalı da daha çoxdu. Bunlar əsasən yağlı quyruq qoyunlar tipinə aiddir. Bu gördüyünüz Lakun qoyunu da Azərbaycana təzə gətirilib. Lakun qoyunlarının əsas istiqaməti ətlik, südlük istiqamətidir. Bozax qoyun qoçunnan, Lakun qoyunun mələzini almışıq. Biz qala qoyunnan yerli qara dolax cinsi və bozax cinsi həmçixin avasiya ilə qarşıq bozaq qoyunun mələzləri də var bunların üzərində tədqiqat işləri aparırıq.

Respublikamızda təsərrüfatlar üzrə 13 cinsdə 7 milyon 821 min baş qoyun  və 6 yüz 33 min baş keçi saxlanılır. Yeni yaradılacaq bu cinslər də fermer təsərrüfatlarında mövcud heyvanların bəslənməsi, saxlanması, onların artırılması sahəsində dəstək olacaq.

Yasin Aslanov HETİ-nin böyük elmi işçisi:Yeni cins yaradan da əsasən rayonlaşmış heyvanlardan istifadə edirik. Məqsəd isə ondan ibarətdir ki, bunlar yerli şəraitə uyğunlaşıbdır. 2020-ci ildən başlamışıq elmi tədqiqay işlərimiz davam edəcək. Həmin bu şəraitə uyğunlaşdıraraq fermerlərə gələcəkdə yüksək məhsuldar qoyun cinsləri təklif edəcəyik.

İnsititun elmi içilərinin əsas hədəfi qoyunçuluqda yeni cinslər yaradaraq bu sahədə dönüş etməkdir. 2025-ci ildə Azərbaycan şəraitinə uyğun 2 yeni cins və 2 mələzin yaradılmasına nail olmaqla inkişafı təmin etmək Heyvandarlıq Elmi Tədqiqat İnistitutunun başlıca məqsədlərdəndir.

Elnur Vahidoğlu