• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 10.01.2021 20:32

Qidalanmada yol verdiyimiz səhvlər

KepezTV Player

Qidalanmada bir sıra səhvlərə yol veririrk. Bunun üçün də ÜST insanlara tövsiyyə edir ki, müxtəlif çeşidli qidalara üstünlük versinlər. Gəlin, tövsiyyələrə birgə nəzər salaq.

Gündəlik müxtəlif təzə qida məhsullarının istehlakı orqanizmi lazımi qədər zəruri qida maddələri ilə təmin edir. Bu həm də insanların çəki alma və qeyri-infeksion xəstəliklərə yoluxmasına gətirib çıxaran yüksək şəkər, yağ və duz ehtiva edən pəhriz məhsullarından çəkinmələrinə səbəb olur. İlk növbədə qidalanmanın ən optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu toxluğa səbəb olur və normadan artıq qida qəbulunun qarşısını alır.ÜST insanlara müxtəlif çeşidli qida məhsullarının istehlakını tövsiyə edir. Buğda, arpa, çovdar, qarğıdalı və düyü kimi dənli bitkilərə,mərci və lobya kimi paxlalı bitkilərə, meyvə-tərəvəzlərə, ət, balıq, yumurta və süd kimi heyvan mənşəli məhsullara gündəlik qida rasionunda üstünlük verilməlidir. Qəlyanaltı olaraq, şəkər, duz və yağ ehtiva edən qida məhsulları deyil, çiy tərəvəzlər və təzə meyvələr məsləhət görülür. Meyvə və tərəvəzlərin bişirilməsi zamanı vacib vitaminlər məhv olduğundan onların çiy halda istehlakı məqsədəuyğundur.Mümkün qədər ağ ətə və aşağı yağ tərkibli balıq ətinə üstünlük verilməlidir.Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən, yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Belə ki, əgər balıq və ya digər dəniz məhsullarına üstünlük verilirsə, bu qidanı ətlə qarışdırmaq tövsiyə olunmur. İstehlak olunan qidanın miqdarı da son dərəcə vacib amildir. Mütəxəssislər bir yemək saatında 3-dən artıq çeşiddə yeməyin istehlakını məsləhət görmürlər.Sağlam qidalanmanın daha bir qızıl qaydası asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur və insan normadan artıq yemir.