• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 10.01.2021 20:28

Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb

KepezTV Player

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.Bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq bazar günü istisna olmaqla saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində həyata keçiriləcək. Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır. Həmçinin bildirilir ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə ciddi riayət olunmalıdır.